Premyer Liqa: “Şamaxı”dan əzmkar qələbə
Azərbayan Premyer Liqasında VIII turun açılış matçında “Şamaxı” “Şəfa”ya qalib gəlib.
Msport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk iki qolu qonaq komanda vurub. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-p.) adlarını tabloya yazdırıblar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo Apolinario (90+5-p.) diqqət mərkəzinə düşüblər.
“Şamaxı” 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 3 xalı olan “Şəfa” 11-cidir.
Qeyd edək ki, VIII tura oktyabrın 18-də yekun vurulacaq.







