featured-image-20881

“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” komandası ilə üz-üzə gəlib.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu oyunda rəqibinə 2:4 hesabıyla məğlub olub. Ağdam təmsilçisinin ilk qolunu 50-ci dəqiqədə Marko Yankoviç vurub. Sonuncu qola isə 90+4-cü dəqiqədə Abdullah Zubir imza atıb.

“Qarabağ” bu gün daha bir oyunda qüvvəsini sınamışdı. Ağdam təmsilçisi Serbiyanın “Poqon” komandasına 1:0 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzmuşdu.

Bu gün Antalya toplanışını başa vuran “Qarabağ” sabah vətənə dönəcək.

Bənzər xəbərlər