featured-image-21093

“Qarabağ” Mərakeş millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad klubunun futbolçusu Abdurrazzak Həmdullahla maraqlanır.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 33 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

“Köhlən atlar”ın tezliklə təcrübəli forvardın agenti ilə danışıqlara başlayacağı bildirilib.

Qeyd edək ki, Abdurrazzak Həmdullah yığmanın heyətində DÇ-2022-də iştirak edib. O, 2021-ci ildən çıxış etdiyi “Əl-İttihad” klubunda 24 oyuna 20 qol vurub. Futbolçu Mərakeş millisində isə 14 matçda 6 dəfə fərqlənib.

Bənzər xəbərlər