featured-image-20921

“Poqon” klubunun Antalyada “Qarabağ” üzərində yoxlama oyununda qələbəsi (4:2) sosial şəbəkələrin Polşa seqmentində geniş müzakirə olunur. Msport.az xəbər verir ki, Ağdam klubunun məğlubiyyəti “Poqon” və “Lex” azarkeşlərini qarşı-qarşıya qoyub.

Xatırladaq ki, Qurban Qurbanovun komandası Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”i 5:1 hesabı ilə məğlub etmişdi. “Poqon”un qalibiyyətindən sonra bu klubun azarkeşləri tvitterdə komandalarının parlaq qələbə qazandıqlarını, yaxşı formada olduqlarını qeyd ediblər. Xüsusən də Polşa təmsilçisinin əks-hücumdan “Qarabağ”a vurduğu 2-ci qolu paylaşıblar. Bundan sonra “Lex” fanatları bunun sadəcə  yoxlama oyunu olmasını qabardaraq, buna görə qürrələnməyin yersiz olduğunu deyiblər.

Lakin “Poqon”un azarkeşləri poznanlılara “Qarabağ”ın 5:1 hesablı qələbəsini xatırladıblar.

Dünən “Poqon”un heyətində Vahan Bıçakçiyanın Ağdam klubunun qapısına yol tapması bütün erməni səhifələrində işıqlandırılıb. Armenia_Foot, Armenie Football səhifələri erməni futbolçunun qolunu paylaşıblar.

AYXAN 

Bənzər xəbərlər