“Qarabağ” - “Neftçi” matçına azarkeş marağı yüksəkdir
Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasına azarkeş marağının yüksək olacağı gözlənilir.
Msport.az xəbər verir ki, bu mövsümdə çempionatda yaşanan gərgin rəqabət, xüsusilə “Qarabağ”, “Sabah” və “Neftçi” komandalarının eyni xal göstəricisinə malik olması liderlik uğrunda mübarizəni daha da qızışdırıb.
Bu amillər “Qarabağ” – “Neftçi” görüşünün əhəmiyyətini artırmaqla yanaşı, azarkeşlərin matça marağını da yüksəldir.
Əvvəlki illərlə müqayisədə bilet satışına marağın daha yüksək olduğu müşahidə edilir. Mövcud vəziyyət qarşılaşmanın tribunalarında böyük azarkeş dəstəyinin olacağını və futbolsevərlərin stadionda əsl futbol atmosferi yaradacağını deməyə əsas verir.
“Qarabağ” və “Neftçi” klubları da azarkeşlərini komandasına dəstək olmaq, bu vacib qarşılaşmada tribunaları doldurmaq və futbol bayramının bir parçasına çevrilmək üçün biletlərini öncədən əldə etməyə dəvət edib.
Qeyd edək ki, okrtyabrın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 19:00-da başlayacaq.







