“Qarabağ” – “Neftçi” oyununda heç-heçə, “Sabah”dan asan qələbə
Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir.
Msport.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə üz-üzə gəlib.
Dramatik oyun 3:3 hesabı ilə heç-heçə başa çatıb.
*Sabah” isə səfərdə “Qəbələ” üzərində asan qələbə qazanıb – 4:0.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 8-ci tur
17 oktyabr (şənbə)
19:00. “Qarabağ” – “Neftçi” – 3:3
Qollar: Qustavo Klisman, 11 (0:1), Aleksey Kaşuk, 18 (1:1), Qustavo Klisman, 34 (1:2), Saviç, 52 (1:3), Renaldo Sefas, 89 (2:3), Kadi, 90+3 (3:3).
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Qəbələ” – “Sabah” – 0:4
Qollar: Abdula Xaybullayev, 45+1, Aleksey İsayev, 74, Coy Lens Mikels, 88, Aleksey İsayev, 90+3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu
18 oktyabr (bazar)
15:00. “İmişli” – “Turan Tovuz”
18:30. “Kəpəz” – “Zirə”
16 oktyabr (cümə)
“Şamaxı” – “Şəfa” – 3:2
“Sumqayıt” – “Araz-Naxçıvan” – 2:1







