"Sabah" "Borussiya" ilə oyuna çıxır
“Sabah” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində 3-cü oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Hazırda iki turdan sonra hər iki komandanın 3 xalı var.”Borussiya” “Vilyarreal”ı (İspaniya) məğlub edib, “Budo Qlimit”ə (Norveç) uduzub.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. “Sabah” (Azərbaycan) – “Borussiya” (Dortmund, Almaniya)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadionu







