featured-image-83784

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Sabah”- “Borussiya” (Dortmund) oyununu idarə edəcək hakimlər məlum olub.

Msport.az xəbər verir ki, görüşü ispaniyalı Xavyer Alberola idarə edəcək. Ona yan xətt hakimləri Alfredo Moreno və Karlos Alvarez Fernandes kömək edəcəklər. Dördüncü hakim Viktor Qarsiya Verdura olacaq. VAR-da Sezar Soto Qrado, AVAR-da isə Valentin Qomes işləyəcək.

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Bənzər xəbərlər