“Sabah”ın gəncləri “Borussiya”ya uduzdu
Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Msport .az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu komanda “Borussiya”nın (Dortmund) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Əlincə Stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası l 1-ci turda İngiltərədə “Mançester Yunayted”ə 0:5, 2-ci turda Bakıda Çexiyanın “Slaviya” komandasına 0:3 hesabı ilə uduzub.
Hazırda xalı olmayan “Sabah” 36 komanda arasında 35-cidir.







