“Sabah”ın rəqibi üçün 100 milyon avro istədilər
“Mançester Yunayted” Dortmund “Borussiya”sının və Almaniya millisinin yarımmüdafiəçisi Feliks Nmeçanı heyətinə qatmaqda ciddi maraqlıdır.
Msport.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 26 yaşlı futbolçunun qış transfer pəncərəsində mümkün keçidi üzərində artıq işə başlayıb.
“Borussiya” yarımmüdafiəçisini 90-100 milyon avroya qiymətləndirir və daha aşağı məbləğə satmaq niyyətində deyil. Futbolçunun Dortmund klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə Niko Kovaçın komandasında bütün turnirlər üzrə on oyuna çıxan Nmeça iki qol vurub.
Qeyd edək ki, “Borussiya” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Bakıda “Sabah”la qarşılaşacaq.







