“Sabah”la matçda dubl edən futbolçu: “Mənə nəfəs almağa imkan vermirdilər”
“Borussiya”nın hücumçusu Seru Girassi Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, Bakıdakı qarşılaşmada iki qol vuraraq komandasına qələbə qazandıran futbolçu açıqlamasında nəticədən razı qaldığını bildirib.
“Əlbəttə, qələbədən razıyam, çünki bu nəticə komandamız üçün çox vacib idi. Son iki oyun çətin keçmişdi, buna görə də bu gün qalib gəlmək xüsusi əhəmiyyət daşıyırdı. Biz də buna nail olduq. Bütün komandanı təbrik edirəm və azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Bununla belə, bir neçə qol imkanından yararlana bilmədik. Düşünürəm ki, hamımız sabit çıxış etsək, bu mövsüm çox şeyə nail ola bilərik”, – deyə Girassi vurğulayıb.
Hücumçu “Sabah”ın mərkəz müdafiəçilərinin sərt və aqressiv oyununa diqqət çəkib: “Sabah”ın mərkəz müdafiəçiləri matç boyunca məni addım-addım izləyirdilər, sözün əsl mənasında nəfəs almağa imkan vermirdilər. Çox fiziki və aqressiv müdafiə olundular”.
Qeyd edək ki, “Borussiya Dortmund”un hər iki qoluna imza atan Girassi komandasının Bakıdan üç xalla ayrılmasında həlledici rol oynayıb.







