featured-image-20951

“Şaxtyor”un futbolçusu Dmitri Topalov böyük ehtimalla karyerasını “Sabah”da davam etdirəcək.

Msport.az xəbər verir ki, 24 yaşlı vingerlə ilk olaraq “Neftçi” maraqlanıb. Amma “Sabah”ın araya girməsi vəziyyəti dəyişib.

Sol cinah yarımmüdafiəçisinin Murad Musayevin komandasına üstünlük verməsində Aleksey Kaşuk amili də rol oynayıb. Ukraynalı oyunçu həmyerlisinin paytaxt klubunda çıxış etməsini nəzərə alıb.

“Neftçi” bu transferin baş tutmayacağını gördükdən sonra “Astana”nın fransalı legioner Kilan Lebo ilə müqavilə bağlayıb.

“Sabah” Topalovu mövsümün sonuna kimi icarəyə götürüb daha sonra transfer hüquqlarına yiyələnə bilər. “Şaxtyor”un yetirməsi olan vinger aşağı yaş qrupları üzrə komandalarda və “Mariupol”da forma geyinib. O, keçən ilin yayında Donetsk klubunun əsas komandasına cəlb edilsə də, heyətə düşməkdə çətinlik çəkir və cəmi 1 oyunda meydana çıxıb.

AYXAN 

 

 

Bənzər xəbərlər