featured-image-83711

Futbol üzrə Azərbaycan I Liqasında V tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

Günün sensasiyası Şamaxıda qeydə alınıb. Orada “Xankəndi”nin qonağı olan lider “Şahdağ Qusar” gözlənilmədən mövsümdə ilk məğlubiyyətini alıb – 0:1.

Çempionatın iddialı komandalarından olan “Səbail” isə səfərdə “Zaqatala” qarşısında çətinlik çəkməyib – 3:1.

“Baku Sportinq” – MOİK,  “Karvan Yevlax” – “Gəncəbasar” oyunları sabah keçiriləcək.

I Liqa
V tur
15 oktyabr

“Zaqatala” – “Səbail” 1:3
Qollar: 
Ə.Heydərov, 89 – S.Nonqoh, 13, Y.Said, 21, A.Qomes Soares, 24

“Xankəndi” – “Şahdağ Qusar” 1:0
Qol: 
B.Teymurov, 88

“Mingəçevir” – “Şimal” 1:4
Qollar: 
N.Şixamirov, 48 – N.Osmanov, 37, E.Əliyev, 45+3, G.Mehrəliyev, 87, M.Niambele, 90+4

Bənzər xəbərlər