featured-image-83949

Futbol üzrə Azərbaycan I Liqasında 6-cı tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.  Turun mərkəzi oyununda “Şahdağ Qusar” “Səbail”i qəbul edib.

Binə qəsəbə stadionunda keçirilən görüşdə Füzuli Məmmədovun rəhbərlik etdiyi Qusar təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

“Səbail”in heyətində 69-cu dəqiqədə Pərviz Azadov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Digər oyunda gözlənilməz nəticə qeydə alınıb. “Xankəndi” Şamaxı Olimpiya Kompleksinin stadionunda çempionatın autsayderlərindən “Mingəçevir”ə 0:1 hesabı ilə məğlub olub.

“Şahdağ Qusar” 6 oyundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” 11 xalla 3-cü pillədədir.

6 oyundan sonra 5 xalı olan “Xankəndi” 7-ci yeri tutur. Xallarının sayını 4-ə çatdıran “Mingəçevir” 9-cu sıradadır.

Turun digər oyunları sabah keçiriləcək.

I Liqa 

21 oktyabr

“Şahdağ Qusar” – “Səbail” 1:0

Qol: Aqil Nəsibov, 50

“Xankəndi” – “Mingəçevir” 0:1

Qol: Xəlil Bəşirov, 63.

 

Bənzər xəbərlər