featured-image-21219

Samir Abasovun “Sumqayıt”ın baş məşqçi postuna keçməsindən sonra demək olar, hər gün bu klubdan kiminsə getdiyini eşidirik.

Aleksey Baqanın vaxtında heyətə cəlb olunan legionerlərdən indi yalnız Stiven Pereyra, Todor Todoroski və Alya Ture komandada qalıb. Amma “Sumqayıt”ın rəsmi saytına və ya sosial şəbəkələrdəki səhifələrinə baxsan, elə bilərsən, gül-bülbülü çağırır, bülbül də gülü. Təsəvvür edin, Abasov harasa müsahibə verib Daniçiç, Çabi, Nurmuqamet, Ouro-Nil Ture, Riçard Qadze, Araz Abdullayev, Vüqar Bəybalayev kimi futbolçuları yola saldığını deməsə, elə bilərik, onlar hələ də komandadır. Ümumiyyətlə, istənilən informasiyanın rəsmiləşməsi üçün klubun açıqlama yayması gərəkir. Necə ki bunu digər komandalar edir, sivil şəkildə yollarını ayırdıqları oyunçulara uğurlar arzulayırlar.

“Sumqayıt”ın bu işləri belə gizli saxlamasının səbəbi nədir? Bəlkə 4-5 aydan bir vaqonla oyunçu gətirib yola salmalarını bu cür maskirovka etmək istəyirlər?

Klubun rəsmi saytında son xəbər “Krılya Sovetov”la yoxlama oyunundan, sosial şəbəkədə isə “Master Cup” bort futbol festivalından bəhs edir.

Deyəsən, Samir Abasov qayıdandan “Sumqayıt” artıq bütün işləri ona həvalə edib – media ilə əlaqələr, sosial media, smm…bu gün-sabah onun oyunlardan videolar paylaşdığını da görsək, təəccüblənmərik.

AYXAN 

Bənzər xəbərlər