"Şəfa" Şamaxı səfərində, "Araz-Naxçıvan" "Sumqayıt"a qarşı
Azərbaycan Premyer Liqasında bu gün 8-ci tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək. “Şamaxı” öz meydanında “Şəfa”nı qəbul edəcək. Azər Bağırovun komandası 10 xalla turnir cədvəlində 7-ci yeri tutur. Debütant “Şəfa” isə 3 xalla 11-ci pillədədir.
Günün digər oyununda ötən tur ilk qələbəsini qazanan “Sumqayıt” sonuncu pillədə olan “Araz-Naxçıvan”ı qəbul edəcək.
Turun mərkəzi oyunu – “Qarabağ” – “Neftçi” görüşü sabah keçiriləcək.
16 oktyabr (cümə)
Azərbaycan Premyer Liqası, 8-ci tur
15:00.“Şamaxı” – “Şəfa”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov, Elvin Bayramov (VAR), Tərlan Talıbzadə (AVAR)
Şamaxı şəhər stadionu
19:00.“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
SOCAR Polymer Arena
17 oktyabr (şənbə)
16:00.“Qəbələ” – “Sabah”
19:00.“Qarabağ” – “Neftçi”
18 oktyabr (bazar)
15:00.“İmişli” – “Turan Tovuz”
18:30.“Kəpəz” – “Zirə”







