Şeydayevli "Soçi" 3-cü pilləyə yüksəldi
Rusiya Birinci Liqasında 9-cu turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” doğma divarlar arasında “Çelyabinsk”i məğlub edib – 2:1.
Start heyətdə meydana çıxıan Şeydayev 65-ci dəqiqədə hesabı 0:0 olarkən əvəzlənib.
Bu nəticədən sonra “Soçi” 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Soçi” – “Çelyabinsk” – 2:1
Qollar: Zaxar Federov, 89, 90+7 – Ramazan Hacimuradov, 75-pen







