featured-image-21160

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirir.

Msport.az saytının məlumatına görə, “ağ-qaralar” son 6 ayı icarə əsasında Çin Super Liqasında çıxış edən “Çendu Tsyanbao” klubunda keçirən braziliyalı hücumçu Mateus Saldanya ilə anlaşıb.

24 yaşlı forvardı almaq istəyən paytaxt təmsilçisi onun müqavilə ilə məxsus olduğu Yaponiyanın “Çiba” komandası ilə danışıqları davam etdirir.

Qeyd edək ki, ölkəsində “Santos” klubunun yetirməsi olan Mateus Saldanya “Bahiya” və “Audaks” komandalarının da formasını geyinib.

Bənzər xəbərlər