Stiven Cerrard İngiltərə klubunun baş məşqçisi ola bilər
İngiltərə millisinin sabiq futbolçusu Stiven Cerrard Çempionşip təmsilçisi “Reksem”i çalışdıra bilər.
Msport.az xəbər verir ki, adıçəkilən klub 46 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Cerrard özü də aşağı dəstə komandasında işləməyin əleyhinə deyil. Hazırda uğursuz nəticələrlə üzləşən “Reksem”də baş məşqçi Fil Parkinsonun gələcəyi sual altındadır. Klub rəhbərliyinin onunla yolları ayıracağı istisna edilmir.
Qeyd edək ki, “Reksem” Çempionşipdə 10 turdan sonra 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Stiven Cerrard 1998-ci ildən 2015-ci ilə qədər “Liverpul”un formasını geyinib. O, baş məşqçi kimi “Aston Villa”da çalışıb.







