featured-image-21065

“Sumqayıt” Tula “Arsenal”nın sabiq hücumçusu Kamran Əliyevlə müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, Rusiya klubundan ayrılan futbolçu “gənclər şəhəri” təmsilçisinə azad agent kimi keçib. Onun müqaviləsi 2024-cü ilin iyununa kimi nəzərdə tutulur. Artıq transfermarkt.com saytı da 24 yaşlı forvardı “Sumqayıt”ın oyunçusu kimi göstərib. Transferin yaxın vaxtlarda açıqlanması gözlənilir.

Qeyd edək ki, Əliyevin gələcəkdə Azərbaycan milli komandasına cəlb olunmaq perespektivi də var. Ona bir neçə dəfə yığmamızda çıxış etmək təklif olunsa da, Rusiyada legioner sayılacağından çəkinərək bu təkliflərdən boyun qaçırmışdı.

Kamran karyerası ərzində “Ximki”, “SKA Xabarovsk” və “Arsenal” komandalarının şərəfini qoruyub.

O, 2018-ci ildə U-20 millimizdə bir oyunda meydana çıxıb.

AYXAN 

Bənzər xəbərlər