Tanınmış futbolçu pulsuz oynayır
“Mançester Yunayted” və PSJ-nin sabiq futbolçusu Ander Errera karyerasını davam etdirdiyi “Saraqosa”da faktiki olaraq ödənişsiz çıxış edir.
Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi klubdan aldığı bütün maaşı “Saraqosa”nın fonduna köçürür.
İspaniyada futbolçuların həmkarlar ittifaqının tələblərinə əsasən, klub oyunçuya ildə minimum 25 min avro ödəməlidir. Errera isə qanunvericiliklə nəzərdə tutulan həmin məbləği özündə saxlamır.
Qeyd edək ki, ötən mövsüm Sequndanı 22-ci, sonuncu pillədə başa vuran “Saraqosa” üçüncü diviziona düşüb. Errera isə Argentinanın “Boka Xuniors” klubundan ayrıldıqdan sonra peşəkar karyerasına başladığı komandaya qayıdıb.







