Torallı “Bursaspor” qələbə qazandı
Türkiyə I Liqasının 11-ci turunda Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” növbəti qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, Bursa təmsilçisi doğma meydanda “Pendikspor”u 2:0 hesabı ilə məğlub edib.
“Atatürk Spor Kompleksi Matlı” stadionunda keçirilən qarşılaşmada hesabı onuncu dəqiqədə Halil Akbunar açıb. 62-ci dəqiqədə isə Keleçi İheanaço fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib. Toral Bayramov 77-ci dəqiqədə meydana daxil olub.
Bu qələbə sayəsində “Bursaspor” 25 xalla ikinci pillədəki mövqeyini qoruyub. Komanda lider “Kayserispor”dan cəmi bir xal geri qalır.
“Bursaspor” növbəti turda səfərdə “Keçiörengücü” ilə qarşılaşacaq.







