Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu
Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, o, özü jurnalistlərə bu barədə açıqlama verib:
“Bu çox məsuliyyətli bir vəzifədir. Ay-ulduz hər şeydən dəyərlidir. Bu hər məşqçinin keçmək istəyidiyi bir postdur. Xalqın məşqçisi olmaq çox gözəldir. Mənim üçün qürurverici və sevindirici hadisə oldu. Hər kəsin dəstəyi ilə ümid edirəm ki, bizi uğurlu yol gözləyir”.
O, Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzaladığını bildirib.
Hələlik federasiya bununla əlaqədar rəsmi açıqlama verməyib.







