UEFA FIFA-ya vaxt verdi
UEFA FIFA-nın idarəetmə və qərar qəbuletmə prosesləri ilə bağlı bir sıra ciddi suallar qaldıraraq dünya futbol qurumundan müvafiq sənədlərin təqdim edilməsini tələb edib.
Msport.az xəbər verir ki, UEFA FIFA-ya noyabrın 2-dək vaxt verib.
Tələblər qurumun baş katibi Teodor Teodoridisin göndərdiyi məktubda əksini tapıb. Səkkiz səhifəlik suallar toplusunda FIFA Forward Enterprise (FFE) layihəsinə özəl investisiyaların cəlb edilməsi, FIFA-nın Sülh mükafatı və dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloquna verilən mübahisəli şərti cəza da yer alıb.
Avropa futbol qurumu tələb olunan məlumatların gizlədilməsinin hər bir halda ayrıca əsaslandırılmalı olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino ötən həftə qurumun Şurasının iclasında dünya çempionatı ilə bağlı kommersiya planına görə üzr istəyib. Lakin təşəbbüsün hansı şəraitdə hazırlandığı barədə ətraflı izahat verməyib.







