UEFA-nın hesabatı - Çempionlar Liqasında rekord
Çempionlar Liqasında oyunçu dəyişikliklərinin matçların nəticələrinə təsiri ilə bağlı UEFA analitik hesabat yayımlayıb.
Msport.az xəbər verir ki, turnirin Liqa mərhələsinin ikinci turunda sonradan meydana daxil olan futbolçular 18 qol vurub və 19 məhsuldar ötürmə veriblər.
İlk göstərici Çempionlar Liqasının bir turu üzrə rekordun təkrarı, ikinci göstərici isə yeni rekord olub.
İkinci turun qarşılaşmalarında ümumilikdə 78 qol qeydə alınıb ki, bu da yarış tarixində rekord nəticədir. Qolların 23 faizi ehtiyatdan meydana çıxan futbolçuların payına düşüb. Müqayisə üçün, ötən mövsüm bu göstərici 16 faiz təşkil edib.
Əvəzetmələrin təsiri xüsusilə “Real”ın “Roma” üzərində 4:3 hesablı qələbə qazandığı görüşdə özünü göstərib. Sonradan meydana daxil olan Karlos Espi və Endrik fərqlənib, Arda Güler isə iki məhsuldar ötürmə ilə yadda qalıb.
Digər diqqətçəkən nümunə London “Arsenal”ın “Lill” üzərində 3:0 hesablı qələbəsidir. Oyunun gedişində meydana daxil olan Bukayo Saka əvvəlcə Ebereçi Ezeyə qol ötürməsi verib, daha sonra özü fərqlənib.







