featured-image-83745

“Real”ın ulduz futbolçusu Vinisius Junior hakimlərin ona qarşı münasibətindən narazılığını bildirib.

Msport.az xəbər verir ki, braziliyalı hücumçu İspaniya çempionatında dörd oyunluq cəza almasına etiraz edib.

Vinisius “Vilyareal”la qarşılaşmada rəqib futbolçu Neytan Salibanın saçını dartdığına və hakimin qərarına etiraz etdiyinə görə meydandan qovulub. İspaniya Futbol Federasiyasının intizam komitəsi ona dörd oyunluq cəza verib.

26 yaşlı futbolçu bu qərarı gözləmədiyini bildirib: “Başqa hansısa futbolçunun dörd oyunluq cəza aldığını xatırlamıram. Qarşımdakı oyunçunu kənara çəkməyə çalışırdım və əlim onun saçına ilişdi. Nəticədə qırmızı vərəqə aldım. Dörd oyunluq cəzaya səbəb olacaq heç bir təhqiramiz söz deməmişdim. Amma söhbət Vinidən gedəndə hər şey çox asan olur”.

Braziliyalı hücumçunun sözlərinə görə, rəqiblər ona qarşı dəfələrlə qayda pozuntusuna yol versələr də, cəzalanan tərəf çox vaxt özü olur: “Statistikaya baxmışam. Mənə qarşı 500 qayda pozuntusu edilib, amma bunlar cəmi beş qırmızı vərəqə ilə nəticələnib. Sonda isə sarı vərəqələr həmişə mənə göstərilir. Müdafiəçilər bütün oyun boyu mənə qarşı qaydanı poza bilərlər, amma sonda vərəqəni mən alıram”.

Qeyd edək ki, dörd oyunluq cəza səbəbindən ulduz vinger “Sevilya”, “Barselona”, “Rasinq Santander” və “Valensiya” ilə İspaniya çempionatı matçlarını buraxacaq.

Bənzər xəbərlər