“Vinisiusun yerinə olsaydım, İspaniyada qalmazdım” – Mourinyo
“Real”ın baş məşqçisi Joze Mourinyo Vinisius Juniordan danışıb.
Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı hücumçunun güclü xarakterə malik olduğunu vurğulayıb:
‘Vinisius əla oğlandır və onunla yaxşı münasibətlər saxlamaq çox rahatdır. Mən hər gün təklikdə onunla bir neçə dəqiqə danışıram.
Onu yüksək qiymətləndirirəm, çünki ən çətin vəziyyətdən belə üzündə təbəssüm çıxa bilir. Onun yerinə olsaydım, yəqin ki, artıq burda olmazdım. Mənə hörmət qoyulan ölkəyə gedərdim. “Real”a sadiqliyinə və sevgisinə görə qaldı. Vinisius inanır ki, hər şey yaxşı ola bilər”.







