Virtsin “Liverpul” qərarı
“Liverpul”un yarımmüdafiəçisi Florian Virtsin gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Msport.az xəbər verir ki, almaniyalı futbolçu “Çelsi”nin marağına baxmayaraq, Mersisayd təmsilçisindən ayrılmağı düşünmür.
“Çelsi”nin baş məşqçisi Xabi Alonso daha əvvəl Leverkuzen “Bayer”ində Virtslə birlikdə çalışıb. Ancaq 23 yaşlı yarımmüdafiəçi “Liverpul”a sadiq qalmaq niyyətindədir.
Virts bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 9 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.







