featured-image-59606

“Baş məşqçinin əsas tələbi fiziki cəhətdən daha yaxşı formada olmağımızdır. Ona görə də, bizi bu cəhətdən daha çox sıxır və tələblər qoyur”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias deyib.

29 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə müsahibəsində bildirib ki, komandadakı atmosfer məşqlərin gedişatına müsbət mənada təsir edir: “Yanvarın 3-dən Qəbələdə təlim-məşq toplanışındayıq. Ümumilikdə, oyunçular yaxşı adaptasiya keçib, bir-birimizlə zarafatlaşırıq. Komandada mehriban atmosfer var. Əlbəttə ki, burada keçirdiyimiz məşqlər bizə təkcə fiziki cəhətdən yox, mental olaraq da müsbət təsir edir. Çünki oyunçular birlikdə daha çox vaxt keçirir, bu da bir-birimizi daha yaxşı tanımağımıza səbəb olur. Düşünürəm ki, sadaladığım amillər oyunda bizə kömək olacaq”.

Futbolçu yanvarın 19-da Misli Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutacaq “Sabah”la oyun haqda fikirlərini bölüşüb: “Qarşıda bizi “Sabah”la oyun gözləyir. Bu matça çox yaxşı hazırlaşırıq. Oyunda hər birimiz əlimizdən gələni edəcəyik ki, daha yaxşı nəticə əldə edək”.

Qeyd edək ki, “Neftçi” yanvarın 12-dək Qəbələdə hazırlıq keçəcək.

Bənzər xəbərlər