2025-ci ilin bombardirləri: Dembele, Mbappe...
2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Fransa yığmasının futbolçuları başçılıq edir.
İlk pillədə PSJ-nin üzvü Usman Dembele qərarlaşır. O, bu il ərzində 23 qola imza atıb. “Real”ın hücumçusu Kilian Mbappe 19 qolla ikinci pillədə yer alır.
2025-ci ilin 10 bombardiri:
- Usman Dembele (PSJ / Fransa) – 23 qol
- Kilian Mbappe (“Real” / Fransa) – 19
- Viktor Osimhen (“Qalatasaray” / Nigeriya) – 17
- Yussef En-Nesiri (“Fənərbaxça” / Mərakeş) – 17
- Dayzen Maeda (“Seltik” / Yaponiya) – 17
- Robert Levandovski (“Barselona” / Polşa) – 16
- Markos Leonardo (“Əl Hilal” / Braziliya) – 16
- Harri Keyn (“Bavariya” / İngiltərə) – 15
- Viktor Qyökereş (“Sportinq” / İsveç) – 15
- Mohanad Ali (“Əl Şorta” / İraq) – 15