featured-image-84218

PSJ qış transfer pəncərəsində “Çelsi”nin cinah hücumçusu Estevaonu icarəyə götürmək imkanını nəzərdən keçirir.

Msport.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike 19 yaşlı braziliyalı futbolçunun istedadını yüksək qiymətləndirir.

Klubun idman müşaviri Luis Kampas da gənc hücumçunun komandaya cəlb olunmasını dəstəkləyir. Estevao cari mövsümdə “Çelsi”nin heyətində bütün turnirlər üzrə səkkiz matçda iştirak etsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Braziliyalı futbolçunun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına görə, Estevaonun bazar dəyəri 80 milyon avrodur.

Bənzər xəbərlər