“Real” dünya çempionunu transfer etmək istəyir
“Real” qarşıdakı transfer pəncərələrindən birində “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisteri heyətinə qatmağa cəhd göstərə bilər.
Msport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyo 27 yaşlı argentinalı futbolçunun transferində maraqlıdır.
Portuqaliyalı mütəxəssis Mak Allisterin meydanda gördüyü böyük iş həcmini və təkbətək mübarizələrdəki bacarığını xüsusilə yüksək qiymətləndirir. Argentinalı yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Hazırda Mersisayd təmsilçisinin onunla sözləşməni uzatmaqla bağlı konkret planı yoxdur.
Qeyd edək ki, Mak Allister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxaraq dörd qol vurub və bir məhsuldar ötürmə verib.







