featured-image-20487

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Ağdam klubu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının formasını geyinib.

Bənzər xəbərlər