featured-image-84532

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leandro Andrade üçillik fasilədən sonra Kabo-Verde millisinə çağırılıb.

Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kuboku-2027-nin seçmə mərhələsində Liberiyaya qarşı keçiriləcək iki oyun üçün yığmanın heyətinə daxil edilib.

Andrade sonuncu dəfə 2023-cü ilin noyabrında, “Qarabağ”da çıxış etdiyi dövrdə milli komandada oynayıb. O, indiyədək Kabo-Verde yığmasının heyətində yeddi matç keçirib.

Yarımmüdafiəçi cari mövsümdə “Polissya”nın heyətində bütün turnirlər üzrə 12 qarşılaşmada iştirak edib, üç qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Kabo-Verde millisi seçmə mərhələyə uğursuz başlayıb. Komanda ilk iki görüşdə Mali (1:3) və Ruandaya (1:2) məğlub olub.

Qeyd edək ki, Leandro Andrade 2026-cı ilin yayında “Qarabağ”dan “Polissya”ya keçib. O, Ağdam təmsilçisinin heyətində dörd dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.

Bənzər xəbərlər