featured-image-76826

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 26-cı turundakı və Azərbayca kubokunun yarımfinal mərhələsinin ilk oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqası

“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 2000 manat cərimələnib.

Eyni matçın 53-cü dəqiqəsində “Şamaxı”nın Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyuna buraxılayacaq. “Şamaxı” isə 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda Naxçıvan təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin görüş bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Araz-Naxçıvan” isə 2500 manat cərimə edilib.

Azərbaycan kuboku

“Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimələnib.

Bu oyunda “Zirə”dən 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimələnib.

Bənzər xəbərlər