AFFA "Turan Tovuz"un prezidentini cərimələdi
AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu 15 min manat cərimə edib.
Msport.az xəbər verir ki, buna səbəb Qərb klubunun prezidenti Ehtiram Quliyevin Azərbaycan kubokunun “Zirə” ilə ilk yarımfinal oyunundan (0:2) səsləndirdiyi fikirlər olub.
Qərarda bildirilib: “Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin”.
Xatırladaq ki, Zirə” ilə matçdan sonra açıqlama verən klub prezidenti oyunun baş hakimi Əliyar Ağayevi kəskin tənqid edib və “haqqımız Əliyar Ağayevin haramı olsun” ifadəsini işlədib.
Daha sonra AFFA Hakimlər Komitəsi Əliyar Ağayevin “Turan Tovuz” klubunun lehinə olan iki penaltini vermədiyini təsdiqləyib.







