featured-image-75125

Qazaxıstanın “Aktobe” klubunun “Neftçi”nin hücumçusu Vensan Abubakarı transfer etmək istəməsi haqda çıxan xəbərlərin doğru olub-olmadığı bəlli olub.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan klubunun kamerunlu forvardı hücum xəttini gücləndirmək üçün seçim kimi nəzərdən keçirmədiyi bəlli olub.

Yüksək liqa təmsilçisinin Abubakarla yox, başqa tanınmış hücumçularla maraqlandığı iddia edilib.

Qeyd edək ki, 34 yaşlı hücumçunun “Neftçi” ilə bu mövsümün sonuna qədər müqaviləsi var.

Bənzər xəbərlər