Mərdəkanda "Sabah" - "Qarabağ" dueli
Azərbaycan Premyer Liqasında 9-cu tura bu gün yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Yevlax şəhr stadionunda “İmişli” “Şamaxı”nı qəbul edəcək. Ötən tur yeni baş məşqçi ilə qələbə qazanan “İmişli” “Şamaxı”nı da büdrətməyə çalışacaq.
Turun mərkəzi qarşılaşmasında “Sabah” – “Qarabağ”la üz-üzə gələcək. “Sabah” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” isə 17 xalla 3-cü pillədədir.
15:00. “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan.“Dalğa Arena”
Turun digər nəticələri
“Neftçi” – “Turan Tovuz” – 1:1
“Şəfa” – “Kəpəz” – 1:2
“Araz-Naxçıvan” – “Qəbələ” – 1:2
“Zirə” – “Sumqayıt” – 3:2







