featured-image-60374

Argentina millisinin futbolçusu Lautaro Martines İtaliyanın “İnter” klubunun tarixinə düşüb.

Msport.az xəbər verir ki, hücumçu buna Çexiyaya “Sparta”ya qalib gəldikləri Çempionlar Liqası matçında fərqlənməklə nail olub.

Forvard “İnter”in heyətində qitənin bir nömrəli klub turnirində 14-cü qoluna imza ataraq braziliyalı keçmiş oyunçu Adrianoya çatıb.

Qeyd edək ki, qarşılaşma “İnter”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər