featured-image-81995

“Arsenal” 17 yaşlı gürcü yarımmüdafiəçi Andriya Bartişvilini transfer edir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, London klubu bu keçidə görə “Kolxeti” klubuna 4,5 milyon avro ödəyəcək.

Bartişvili gələn həftə Londona gedib, tibbi müayinədən keçəcək. Onunla 5 illik müqavilə imzalanacaq.

“Kolxeti” klubunun üzvü olan yarımmüdafiəçi hazırda icarə əsasında “İberiya”da çıxış edir.

Qeyd edək ki, Bartişvili müqavilə bağlasa da, “Arsenal”a qoşula bilməyəcək. O, 2027-ci ildə 18 yaşı tamam olduqdan sonra “topçular”ın düşərgəsinə gedə biləcək.

 

Bənzər xəbərlər