featured-image-83626

Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu başlayıb.

Msport.az xəbər verir ki, ilk gündə 9 oyun keçirilib.

Azərbaycan çempionu “Sabah” Bakıda “Slaviya”ya qalib gəlib – 2:0. Bu, “Sabah”ın turnirin əsas mərhələsində ilk qələbəsi olub. Komanda hazırda turnir cədvəlində 3 xalla xalla 21-cidir. Valdas Dambrauskasın kollektivi 1-ci turda “Mançester Yunayted”ə uduzmuşdu.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Bənzər xəbərlər