Kurtua ilə bağlı qərar verildi
“Real” qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.
Msport.az xəbər verir ki, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
34 yaşlı belçikalı qolkiperin hazırkı sözləşməsi isə 2027-ci ilin yayında başa çatır. Kurtua 2018-ci ilin yayından “Real”ın formasını geyinir. O, Madrid klubu ilə birlikdə ümumilikdə 14 titul qazanıb. Qapıçı bu müddət ərzində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, Kurtua 2026/2027 mövsümündə bütün turnirlərdə səkkiz oyunda iştirak edib və qapısından 9 qol buraxıb.







