featured-image-74161

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tur start götürəcək.

Msport.az xəbər verir ki, 32 günlük fasilədən sonra çempionat yenidən bərpa olunur.

Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması “İmişli” ilə “Araz-Naxçıvan” arasında olacaq. Quba Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:30-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Günün 2-ci matçı isə Bakıda olacaq. “Neftçi” doğma divarlar arasında “Zirə” ilə qarşılaşacaq. Oyun saat 19:00-da start götürəcək. Hazırda turnir cədvəlində “Zirə” 28 xalla 3-cü,  “Neftçi” isə 20 xalla 8-ci yeri tutur.

23 yanvar (cümə)

14:30. “İmişli” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu

19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Palms Sports Arena”

24 yanvar (şənbə)

14:00. “Şamaxı” – “Qəbələ”

16:30. “Qarabağ” – “Kəpəz”

25 yanvar (bazar) 

16:00. “Turan Tovuz” – “Sumqayıt”

18:30. “Sabah” – “Karvan-Yevlax”

Bənzər xəbərlər