featured-image-84115

“Qalatasaray” Super Liqanın 9-cu turunda “Fənərbağça” ilə keçirəcəyi derbiyə hazırlaşır.

Msport.az xəbər verir ki, bu gün “RAMS Park” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” ilə qarşılaşmada ilk derbi təcrübələrini yaşaya bilərlər. Rafael Leao, Aleksey Batrakov, Deniz Gül, Lesli Uqoçukvu və Bitşiabu baş məşqçinin şans verəcəyi təqdirdə ilk dəfə bu prinsipial rəqabətdə meydana çıxacaqlar.

Komandanın heyətində “Fənərbağça” derbilərində ən çox iştirak edən futbolçular Lukas Torreyra və Barış Alper Yılmazdır. Hər iki oyunçu rəqibə qarşı 11 dəfə çıxış edib.

Bənzər xəbərlər