featured-image-84111

“Napoli”də mövsümün ilk aylarında qeydə alınan zədələrin sayı rəhbərliyin diqqət mərkəzinə düşüb.

Msport.az xəbər verir ki, Neapol təmsilçisində mövsümün başlanğıcından 12 zədə hadisəsi qeydə alınıb.

Onlardan yeddisi əzələ problemləri ilə bağlı olub. Ötən mövsümün eyni dövründə isə komandada 13 zədə, o cümlədən 12 əzələ zədəsi qeydə alınıb.

Problemlər baş məşqçi Massimiliano Alleqrinin heyət seçimlərinə təsir göstərib. Xüsusilə Matias Olivera və digər futbolçuların sıradan çıxması müdafiə xəttində alternativləri azaldıb.

Klub prezidenti Aurelio De Laurentis məşqçi və idman rəhbərliyi ilə görüşdə nəticələrlə yanaşı, tibbi vəziyyət barədə də müzakirə aparıb.

Bənzər xəbərlər