featured-image-83810

Bu mövsümün əvvəlində ölkəmizi tərk edən legionerlərin sayı az olmayıb.

Msport.az xəbər verir ki, həmin futbolçular arasında iddialı klublara keçənlər də var idi, hələ də klubsuz qalanlar da.

Mövsümün əvvəlində Azərbaycandan ayrıldıqdan sonra indiyə qədər klubsuz qalmış futbolçuların siyahısını təqdim edirik.

 

Vanderson

2023-cü ildə Ukraynanın “Çernomorets” klubunu tərk edərək Azərbaycana gələn braziliyalı “Araz-Naxçıvan”la müqavilə imzalamışdı. Üç il ərzində Naxçıvan klubunda aparıcı futbolçulardan olmuş 32 yaşlı yarımmüdafiəçi yayda komandadan ayrıldı. “Araz-Naxçıvan” ona yeni müqavilə təklif etmədiyi üçün komandada qalmadı. Vandersona Azərbaycan Premyer Liqasının digər klublarından təkliflər olsa da, hələ də azad agentdir.

 

İbrahima Sanqare

32 yaşlı forvard “Qəbələ”dən ayrılandan bu yana klubsuzdur. Fransız mərkəz hücumçusu hələ də özünə komanda tapa bilməyib. “Qəbələ”də gözləniləni verə bilməyən Sanqare karyerasını qürub çağını yaşayır. O, əvvəllər “Genqam”, “Giresunspor”, “Oser”, “Menemenspor”, “Orlean”, “Hapoel Hadera” klublarının formasını geyinib.

 

Sambu Sissoko

27 yaşlı futbolçu Sanqare kimi “Qəbələ”də oynayıb, lakin o da gözləntiləri qarşılaya bilməmişdir. Sambu da heç bir klubla anlaşa bilməyib və indi də klubsuzdur. Halbuki, Sissoko Azərbaycana gələnə qədər “Tur”, “Reyms”, “Serainq”, “Vorskla”, “Valensien” kimi tanınmış klublarda oynamışdı.

 

Alessio Kurçi

Yuri Vernidubun güvənmədiyi üçün komandadan göndərilmiş Kurçi hələ də işsizdir. Lüksemburq milli komandasının forvardı “Neftçi”də olduğu müddətdə qeyri-stabil çıxışı ilə daha çox yadda qaldı. “Neftçi”dəki rəqabətdə məğlub olan Kurçi hələ də komandasızdır.

 

Cordan Rezabala

Ekvadorlu futbolçunun Azərbaycana geri qayıdacağı gözlənilir. Çünki onu Premyer Liqadan istəyən komandalar var. “Sumqayıt”dan “Neftçi”yə keçmuş Rezabala ümidləri doğrulda bilmədi və aparıcı oyunçu statusunu qazanmağı bacarmadı. Sonda da klub onunla yollarını ayırdı.

 

Andrey Tirkoveanu

Rumın futbolçunun “Şamaxı”dan ayrılması və indi də klubsuz qalması qəribədir. Çünki 29 yaşlı yarımmüdafiəçi Azərbaycanda özünü ən yaxşı tərəfdən göstərə bilmişdi. Tırkoveanun adı çempionatdakı digər klublarla hallansa da, onun geri dönüşü baş tutmadı. Rumın futbolçu da hazırda işsiz qalanlardandır.

 

Coş Ginelli

“Turan Tovuz”a gəlişi fərqli formada və ulduz kimi təqdim edilmişdi. Lakin gedişi də Tovuz klubundakı performansı kimi çox səssiz oldu. Qərb klubunda yüksək məvacib alan oyunçulardan olmuş Coş yalnız zədəli olması ilə yadda qaldı. İngilis futbolçuya indi də təklif göndərən klub yoxdur və hazırda komandasızdır.

 

Stefan Akka

36 yaşlı müdafiəçi “Zirə”də üç il forma geyinmişdi. Yayda isə qəsəbə təmsilçisi onunla yollarını ayırdı. Təcrübəli futbolçuya maraq göstərən klub yoxdur.

 

Pedro Mateuş

Ötən mövsüm Premyer Liqamızda diqqətçəkən futbolçulardan biri Pedro Mateuş idi. O, həm San Tome və Prinsipi millisinin üzvü olmaqla, həm də performansı ilə diqqət çəkmişdi. Amma “Karvan-Yevlax”dan ayrıldıqdan sonra Mateuş hələ də klubsuzdur. Mateuşdan savayı, ötən mövsüm “Karvan-Yevlax”ın formasını geyinmiş digər legionerlər – Şakil Sno, Olavale Doyeni də özünə hələ iş tapmayıb. Sportal.az

Bənzər xəbərlər