Bellinqemin “Real”dan ayrılmaq planı
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem gələcəkdə İngiltərə Premyer Liqasında çıxış etmək imkanını nəzərdən keçirir.
Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasının müəyyən mərhələsində vətəninə qayıdaraq İngiltərənin ən yüksək liqasında oynamaq niyyətindədir.
Bellinqem indiyədək Premyer Liqada çıxış etməyib. O, peşəkar karyerasına “Birmingem”də başlasa da, həmin vaxt klub Çempionşipdə mübarizə aparırdı.
Daha sonra “Borussiya”ya (Dortmund) transfer olunan yarımmüdafiəçi 2023-cü ildə “Real”a keçib. Bununla belə, İngiltərə millisinin üzvü yaxın gələcəkdə İspaniya təmsilçisindən ayrılmağı planlaşdırmır. Bellinqem hazırda bütün diqqətini Madrid klubundakı çıxışına yönəldib.
Futbolçunun “Real”la mövcud müqaviləsi 2029-cu il iyunun 30-na qədər qüvvədədir.







