Çempionlar Liqası: İkinci finalçı bəlli olacaq
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi bu gün başa çatacaq.
Msport.az xəbər verir ki, raundun ikinci cavab oyunu keçiriləcək.
PSJ Parisdə “Arsenal”ı qəbul edəcək. Komandaların ilk matçında fransızlar 1:0 hesablı səfər qələbəsi qazanıb.
Bu cütün qalibi mayın 31-də Münhendə keçiriləcək finalda “İnter”lə qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ – “Arsenal”
İlk oyun – 1:0