featured-image-63864

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start götürür.

Msport.az xəbər verir ki, ilk gündə iki matç keçiriləcək.

Bununla ilk yarımfinalçılar müəyyənləşəcək. Dortmund “Borussiya”sı evdə “Barselona”nı qəbul edəcək. İlk görüşdə 4 cavabsız qolla qalib gələn ispanlar üçün bunu formal matç adlandırmaq olar.

PSJ isə doğma arenasında 3:1 hesabı ilə üstələdiyi “Aston Villa” ilə bu dəfə səfərdə üz-üzə gələcək.

 

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

15 aprel

 

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya)

İlk oyun – 0:4

 

23:00. “Aston Villa” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 1:3

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki cavab matçı sabah keçiriləcək.

Bənzər xəbərlər