Çempionlar Liqası: PSJ və “Barselona” evdə başlayır
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.
Msport.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində daha iki görüş keçiriləcək.
PSJ doğma azarkeşləri önündə turnirin sürpriz komandası “Aston Villa”nı qəbul edəcək. “Barselona” da mərhələyə evdə başlayacaq. İspaniya nəhəngi Dortmund “Borussiya”sını sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. PSJ (Fransa) – “Aston Villa” (İngiltərə)
23:00. “Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları aprelin 15-16-da keçiriləcək.